Xurma görməni gücləndirir və vaxtından əvvəl qocalmanın qarşısını alır.
Bizim.Media xəbər verir ki, yaponlar bu meyvəni “tanrıların gavalısı” adlandırır, dietoloqlar isə mütləq rasiona daxil etməyi tövsiyə edirlər.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslər xurma yeməməlidir
Xurmanın əsas dəyəri tərkibində çoxlu miqdarda beta-karotin olmasıdır, bu da meyvənin narıncı rəngindən görünür.
Bu bitki piqmenti görməni möhkəmləndirir və vaxtından əvvəl qocalmanı ləngidir.
Xurma yüksək kalorili məhsul deyil, amma şirin lətli olması səbəbindən aclığı çox yaxşı yatırır. Buna görə də dietoloqlar artıq çəkidən qurtulmaq istəyən insanlara bu meyvəni rasionlarına daxil etməyi məsləhət görürlər.
Xurmanın tərkibində olan təbii şəkər ürək üçün çox faydalıdır və gündə üç-dörd ədəd qızılı rəngli xurma qəbul etmək təzyiqi normallaşdırmağa kömək edir. Meyvədəki vitamin və mikroelementlər saç və dəriyə də müsbət təsir göstərir. Xurmanın xaricdən tətbiqi də faydalıdır meyvədən hazırlanan maskalar iltihablı, akneyə meyilli dəridə müalicəvi təsir göstərir.
Xurmanın müntəzəm qəbulu həmçinin iş qabiliyyətini artırır və sinir sistemini sakitləşdirir.
Mütəxəssislər bu meyvənin 200-dən çox növü olduğunu bildirirlər və onların hamısı özünəməxsus şirin və bir az da büzüşdürücü dada malikdir. Lakin bu dadı azaltmaq mümkündür: xurmaları dondurucuya qoyduqda, dondurulmuş xurma artıq büzüşdürücü olmur.
Bizim.Media




























































































