Sosial şəbəkələr insanlarda bəzi asılılıqlar yaradıb. Məsələn, artıq insanların çoxu səhər oyanan kimi ilk olaraq telefonunu götürür və sosial şəbəkələrə daxil olur.
Belə asılılıqlardan biri də qısa video izləmək asılılığıdır.
Belə ki, xüsusilə aktiv sosial şəbəkə istifadəçiləri gün ərzində yüzlərlə videonu "sürüşdürürlər".
Bu videolar "reels", "shorts", "1 dəqiqəlik TikTok" videolarıdır. 30 saniyə, 1 dəqiqə olan bu videolar insan beynini dəqiqələr ərzində imformasiya axınına məruz qoyur. Hətta bəzən saatın necə keçdiyini anlamaq belə olmur. Bəzilərinə bu videolar xoş gəlsə da, əslində sağlamlığımıza zərərlidir.
Belə ki, bir çox tədqiqat göstərir ki, qısa videoların beyinə zərəri sonda yaddaşsızlığa belə gətirib çıxara bilər.
Nəzərə alsaq ki, son vaxtlar xüsusilə gəmclər arasında yaddaş problemi çoxalıb, bunun səbəbi məhz sözügedən videolar ola bilər?
Bizim.Media mövzuyla bağlı nevroloq Röyanə Quluzadənin fikirlərini öyrənib.
O bildirib ki, "reels"lərin "shorts"ların uzun müddətli izlənməsi zamanla nevroloji problemlər yarada bilər.
“Xüsusilə, videolar həyəcanverici, narahatedicidirsə, diqqət problemləri, yaddaş zəifliyi, yuxu pozğunluqları yarada bilər.
İlk olaraq, belə qısa videoların tez-tez izlənməsi beyində bir alışqanlığa, dopamin ifrazına səbəb olur. Beyin də tez-tez dəyişən məlumatlara öyrəşir və davamlı olaraq yeni dopamin almaq istəyir. Nəticədə, biz qısa videoları davamlı olaraq izləmək istəyirik. Bu, alkoqol, siqaret kimi asılılığa çevrilir.
Eyni zamanda, bu qısa videolar bizim fokuslanma bacarığımıza da mənfi təsir edir. Nəticədə, xüsusilə məktəb yaşındakı uşaqlarda diqqət dağınıqlığı problemi yaradır. Uzun müddətli diqqət dağınıqlığı isə yaddaşın pozulmasına səbəb olur. Əvvəlcə, qısa, sonra isə uzunmüddətli yaddaş problemi yarana bilər".
"Melatonin hormonu azalır".
"Ekranın mavi işığı gözə təsir edir Bundan əlavə, qısa "reels"lər xüsusilə axşam izləndiyinə görə daha ziyanlıdır. Çünki ekranın mavi işıq epifiz vəzidə melatonin hormonunu azaldır.
Yuxu hormonunun azalması isə gec yatmağımıza, səhər yorğun oyanmağımıza səbəb olur.
Bu da yenə yaddaşa təsir edir. Yəni ümumi olaraq qüsurlu bir dövran yaranır",-deyə həkim qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































