Gəncədə fəaliyyət göstərməyən dəyirman zavodunda yanğın başlayıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 03.12.2025
Gəncədə zavodda yanğın – FOTO
Hazırda oxunan: Gəncədə zavodda yanğın – FOTO
Hazırda oxunan: Gəncədə zavodda yanğın – FOTO
583676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































