DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

583627

Bu gün Qobu qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qobu qəsəbəsində 3 dekabr tarixində 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.
 

Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində – Səməd Vurğun və Hərbi şəhərçik küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO