Narkotikin təsiri altında maşın idarə edən şəxs SAXLANILDI

Narkotikin təsiri altında maşın idarə edən şəxs SAXLANILDI

Hazırda oxunan: Narkotikin təsiri altında maşın idarə edən şəxs SAXLANILDI

583615

Naxçıvan MR Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan "Kia" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
 

Həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.


Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO