Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

583600

Dekabrın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır.

Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.
 

Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.


Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.

Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO