Daha 26 koronavirus xəstəsinə cinayət işi açıldı

Daha 26 koronavirus xəstəsinə cinayət işi açıldı

Hazırda oxunan: Daha 26 koronavirus xəstəsinə cinayət işi açıldı

5836

COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20-də respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO