Dekabrın 2-si gündüz saat 12 radələrində Qusar rayon Urva kəndində ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 54 yaşlı Gəray Tariquliyev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə həmkəndlisi 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayev yıxılıb və G.Tariquliyev yük avtomobilini geriyə hərəkət etdirərkən onun üzərindən keçib. Məhərrəm Şeydayev hadisə yerindəcə ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 03.12.2025
Qusarda “KamAZ” 87 yaşlı kişinin üzərindən keçdi - ÖZƏL
Hazırda oxunan: Qusarda “KamAZ” 87 yaşlı kişinin üzərindən keçdi - ÖZƏL
Hazırda oxunan: Qusarda “KamAZ” 87 yaşlı kişinin üzərindən keçdi - ÖZƏL
583597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































