Bakıda avtomobil sürücüsü ilə birgə yandı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı

Hazırda oxunan: Bakıda avtomobil sürücüsü ilə birgə yandı

583581

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanması ilə bağlı rəsmi məlumat verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanması barədə məlumat daxil olub.
 

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində "Dongfeng Aeolus E 70" markalı minik avtomobilinin yanar hissələri yanıb.


Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub", - deyə qurumdan bildirilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO