Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Hazırda oxunan: Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

583574

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 21 noyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhərində qeydə alınıb.


Belə ki, Rəşad Abbasov rəsmi qaydada boşandıqdan sonra aralarında olan ailədaxili münaqişələrin və ailəsinin dağılmasının səbəbini yaxın qohumlarının onlara hiss etdirdiyi ayrı-seçkiliyin təsiri nəticəsində olması qənaətinə gəlib. O, zərərçəkmişlər - anası, dayısı, dayısı arvadı, qardaşı və qardaşının arvadının ailəsinin dağılmasında, yaranmış problemin həllinə laqeyd yanaşmaqda, xüsusilə də həyat yoldaşı ilə münasibətlərinin bərpası istiqamətində hər hansı dəstək və vasitəçilik göstərməməkdə günahlandırıb. Rəşad formalaşmış daxili qəzəb və narazılıq hissi fonunda şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə onları qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlib, cinayətkar niyyətinə uyğun olaraq qəsdən adam öldürməyə hazırlıq işləri görüb.


Təqsirləndirilən şəxs evdə saxladığı turist bıçağını götürüb birgə yaşadığı anası, qardaşı və qardaşı arvadını qəsdən öldürmək niyyəti ilə yataq otağına daxil olub. Lakin həmin vaxt onlar evdə olmayıblar. Sonra Rəşad dayısı Elyar Hüseynov və dayısı arvadı Ulduz Hüseynovanı qəsdən öldürmək niyyəti ilə həmin gün saat 21:00 radələrində yaşadıqları ünvana gedərək evin mətbəx otağına daxil olub. O, orada hər iki şəxsi bıçaqlayıb. Ulduz Hüseynova müalicə aldığı xəstəxanada ölüb.


Bununla da Rəşad Abbasov xüsusi amansızlıqla qadını qəsdən həyatdan məhrum etməklə öldürüb, iki şəxsi qəsdən öldürməyə cəhd edib, iki şəxsdən daha çox şəxsi, yəni üç nəfər şəxsi qəsdən öldürməyə hazırlıq edib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. (Pravda.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO