Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş OLMAYACAQ

Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş OLMAYACAQ

Hazırda oxunan: Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş OLMAYACAQ

583516

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi - RƏSMİ

 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günləri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO