İndi də “qoyunçiçəyi virusu” YAYILIR – Azərbaycana gəlmə ehtimalı varmı? – RƏSMİ AÇIQLAMA

İndi də “qoyunçiçəyi virusu” YAYILIR – Azərbaycana gəlmə ehtimalı varmı? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İndi də “qoyunçiçəyi virusu” YAYILIR – Azərbaycana gəlmə ehtimalı varmı? – RƏSMİ AÇIQLAMA

583505

Xəbər verdiyimiz kimi Yunanıstanda qoyun və keçilər arasında çiçək xəstəliyi yayılıb. Bu səbəbdən yüz minlərlə heyvan məhv edilib. İlk dəfə 2024-cü ilin avqustunda ölkənin şimalında aşkarlanmış “Qoyun çiçəyi” virusu o vaxtdan bir çox bölgələrə yayılıb. Yunanıstanın Kənd Təsərrüfatı İnkişafı və Ərzaq Nazirliyinin məlumatına görə, noyabrın ortalarına qədər artıq 1702 yoluxma hadisəsi qeydə alınıb.

Nəzərə alsaq ki, Yunanıstan Azərbaycanın ət məhsulları idxal etdiyi ölkələr sırasındadır.

Azərbaycana xəstə heyvan ətlərinin gətirilməsi təhlükəsi varmı?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə,  Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi aşkarlandığına görə həmin ölkədən Azərbaycana ət məhsulları gətirilməsinə məhdudiyyət qoyulub.

Yunanıstanla yanaşı, Polşa, Nigeriya, İngiltərənin bəzi ərazilərindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət tətbiq olunur.

“Azərbaycanın qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub”.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edək ki, Yunanıstanda qoyun və keçi südünün 80 faizi feta pendirinin istehsalında istifadə olunur. Avropa Birliyi ölkələrində feta pendirləri yalnız Yunanıstanda istehsal edilə bilər. Azərbaycanda isə feta pendirləri yerli istehsal hesabına əldə olunur. Yunanıstan istehsalı olan məşhur “Dodoni” pendir markasının məhsullarını isə yalnız “online” sifariş etmək mümkündür.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO