Şahin Şıxlınskiyə qarşı iki qətlin təşkili və saxlanılma zamanı güc strukturu əməkdaşına zor tətbiqi ilə bağlı qaldırılmış üç cinayət işi üzrə istintaq başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
Şahin Şıxlinski işində QALMAQAL – Heç bir sübut olmadan SAXLANILIB – SENSASİON DETALLAR
Bizim.Media xəbər verir ki, bu barədə “66.RU” saytı məlumat yayıb.
İttiham materialları məhkəməyə təqdim edilib. Sözügedən maddələr üzrə təqsirli bilinərsə, Şıxlınskiyə ömürlük həbs cəzası verilə bilər.
Onun oğlu Mutvalı Şıxlınski isə hüquq-mühafizə orqanı əməkdaşına zor tətbiq etməkdə ittiham edilir. Bu maddə üzrə ona 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.
Şahın Şıxlinskinin oğlu Mutvalı da Yekaterinburqda həbs olunub. O, 15 iyulda hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb.
Bizim.Media































































































