Kürdəmirdə həyat yoldaşının boğazını kəsməklə qətlə yetirməkdə təqsirləndirilən Elşən Abdulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Abdulov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Kürdəmir rayonunun Şilyan kəndində baş verib. Kənd sakini Elşən Abdulov 2009-cu ildə ailə qurub. Onların birgə nikahdan üç övladı olub. Elşən 2022-ci ildə həyat yoldaşının başqa kişilərlə telefon danışığını tutub və ondan bu hərəkətlərinə son qoymağı tapşırıb. Lakin buna baxmayaraq, qadın yenidən yad kişilərlə danışıb, həmin şəxslərlə münasibətdə olub.
2023-cü ilin yay aylarında qadın ailəsini və üç azyaşlı övladını ataraq, Elsevər adlı şəxslə qoşulub Bakı şəhərinə qaçıb. Ailə üzvləri onu itkin düşmüş bilib polisə məlumat veriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadının yeri müəyyənləşdirilib və Elşən Bakıya gələrək həyat yoldaşını evinə qaytarıb.
Amma buna baxmayaraq, qadın yenə də başqa kişilərlə danışmağa davam edib.
2025-ci il iyunun 28-də Elşən evə gələrkən həyat yoldaşını başqa kişi ilə telefonda danışarkən tutub. O, mətbəxdən bıçağı götürərək qadına 20 bıçaq zərbəsi endirib. O, daha sonra həyat yoldaşının başını kəsərək qətlə yetirib.
Hadisədən sonra Elşən polisə təslim olub və hadisəni etiraf edib.
Məhkəmədə qadının hüquqi varisi Elşəndən şikayətçi olmadığını bildirib. (Oxu.az)
Bizim.Media
































































































