“Mal bazarları”nın fəaliyyəti nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

“Mal bazarları”nın fəaliyyəti nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Mal bazarları”nın fəaliyyəti nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

583433

Məlum olduğu kimi, ötən aylarda cütdırnaqlı heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Ölkə ərazisində vəziyyətə nəzarətə götürmək və xəstəliyi lokallaşdırmaq üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən oktyabrın 25-də “mal bazarları” bağlanılıb, heyvanların kütləvi daşınmasına qadağa qoyulub. Eyni zamanda, Gürcüstandan diri heyvanların idxalı müvəqqəti dayandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ


Aparılan profilaktik tədbirlər sayəsində ölkədəki epizootik durum sabitləşib. Ona görə də bəzi qadağalar aradan qaldırılıb.

Məsələ ilə bağlı AQTA-nın yaydığı məlumatda bildirilib ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi informasiya ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir:

“Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.

Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb”.

Bəs “mal bazarları”na tətbiq edilən qadağa nə zaman aradan qaldırılacaq?

Bununla bağlı AQTA-ya sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, AQTA təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir:

“Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir. Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub.

Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir.

Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur.

Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq. Heyvan bazarlarının açılması birbaşa bazar sahiblərindən asılıdır. Nə qədər qısa müddətdə rekonstruksiya işlərini yekunlaşdıracaqlarsa, o qədər tez açılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO