Əli Kərimli təkadamlıq KAMERAYA YERLƏŞDİRİLDİ

Əli Kərimli təkadamlıq KAMERAYA YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Əli Kərimli təkadamlıq KAMERAYA YERLƏŞDİRİLDİ

583431

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Bizim.Media “gununsesi.info”ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Bundan əlavə, Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi bildirilib.

AXCP sədrinin vəkili Aqil Layic açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Xatırladaq ki, noyabrın 29-da evində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli istintaqa cəlb edilib. Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrın 1-də isə onun barəsində məhkəmənin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO