Azərbaycan müharibəni qazandı, indi isə sülhü qazanır – “Brussels Signal”

Azərbaycan müharibəni qazandı, indi isə sülhü qazanır – “Brussels Signal”

Hazırda oxunan: Azərbaycan müharibəni qazandı, indi isə sülhü qazanır – “Brussels Signal”

583415

Son illərdə Azərbaycan və Avropa İttifaqı arasındakı diplomatik təmaslar əsasən Ermənistanla ərazi mübahisəsinin həllinə yönəlmişdi. Lakin sülhün təmin olunmasından sonra gündəliyə yeni mövzular – iqtisadi layihələr və imkanlar çıxıb.

Bizim.Media xəbər verir ki, bunu Avropanın “Brussels Signal” saytı yazıb.

Qeyd olunur ki, Qarabağ münaqişəsi üzrə uzun illər davam edən qarşıdurma 2023-cü ilin sentyabrında həyata keçirilən sürətli (antiterror – red.) əməliyyat nəticəsində həll olunmuş sayılır. Bu gün hər iki ölkə birgə infrastruktur layihələrini irəli aparmaq imkanına malikdir.

“Biz müharibəni qazandıq, indi isə sülhü qazanaq. Regionu tam şəkildə transformasiya edirik və Ermənistanla Azərbaycan arasında sülh gündəliyini möhkəmləndiririk”, – deyə prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə jurnalistlərə bildirib.

Zəngəzur dəhlizi – əsas layihə

Bu gündəliyin əsas elementlərindən biri Zəngəzur dəhlizinin tikintisinin tamamlanmasıdır – bu yol və dəmir yolu layihəsi Azərbaycan, Ermənistan, İran və Türkiyənin kəsişdiyi ərazidən keçir. Bu marşrut Çinlə Avropanı birləşdirə biləcək böyük nəqliyyat oxunun bir hissəsi ola bilər (ABŞ isə öz növbəsində Ermənistan ərazisindəki hissə ilə əməkdaşlıq edir; həmin hissə qeyri-rəsmi olaraq Donald Trampın adı ilə adlandırılıb).

Azərbaycan həmçinin əlavə təbii qaz tədarükçüsü kimi öz imkanlarını irəli sürür — bunun üçün şərt Avropa İttifaqının “yaşıl fanatizmi” arxada qoymasıdır. Bununla yanaşı, ölkə bərpa olunan elektrik enerjisinin tədarükü sahəsində də potensialını artırır. Geoloji araşdırmalar hələ başa çatmasa da, bölgədə qızıl yataqlarının, eləcə də nadir torpaq metalları ehtiyatlarının ola biləcəyi güman edilir.

Bakı üçün balans oyunu

Bununla belə, Zəngəzur dəhlizi və Ermənistanla əməkdaşlıq Bakı üçün ən çətin diplomatik məsələlər deyil. Azərbaycan coğrafi olaraq Qərbin sanksiyaları altında olan iki ölkə – Rusiya və İran arasında yerləşir. Bu mühit təbii olaraq sabitliyə mane olur.

Bakının Ukraynaya qaz tədarükü ilə bağlı səyləri avqustda dayandırılmışdı. SOCAR-a məxsus enerji obyektləri Rusiya tərəfindən zərbəyə məruz qalmışdı.
 

Prezident İlham Əliyevin mətbuat xidməti “qəsdən” endirilmiş zərbə kimi qiymətləndirilən hadisəni pisləsə də, Hikmət Hacıyev bu gün fərqli izah təqdim edir. “Mən düşünmürəm ki… bu qəsdən idi. Əgər qəsdən olsaydı, yəqin ki, partlayışlar daha güclü olardı”. Ona görə də bu, “yəqin ki, təsadüfi ziyan” olub.


Bundan əvvəl, 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus Bakı–Qroznı reysi “təsadüfən vurulmuşdu”. Təyyarədə olan 67 sərnişindən 38-i həlak olmuşdu. Bu hadisə də artıq həll olunmuş hesab edilir.

Hacıyevin sözlərinə görə, prezident Putin Azərbaycanın “dörd əsas gözləntisini” yerinə yetirib: rəsmi üzr istəyib, araşdırmaya razılıq verib, günahkarların məsuliyyətə cəlb olunacağını bildirib və kompensasiyaların ödənilməsini qəbul edib. “Bu məsələlər həll olunduqdan sonra biz artıq bu anlaşılmazlıq səhifəsini çevirmişik”. Bir ay əvvəl Azərbaycanın Kiyevdəki səfirliyinin binasının Rusiya zərbəsi nəticəsində zədələnməsindən sonra Bakı Moskvaya sərt etiraz təqdim etmişdi. Hacıyev bu hadisənin də “yəqin ki, təsadüfi ziyan” olduğunu deyir.

İranla münasibətlər

İran 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqədar təqsirli bilinən şəxsin ölüm hökmünü may ayında icra etdi. “Bu gərginlik epizodlarının hamısı bizə təsir göstərə bilər”, – Hacıyev bildirib. “Amma bütün bunlara baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və rifah adası olaraq qalır və bunu daha da möhkəmləndirəcək”.

Postmünaqişə dövründə yeni kimlik

Ermənistanla münaqişənin bitməsi Azərbaycanın xarici siyasətində dönüş nöqtəsi yaradıb. İndi Azərbaycan özünü Qafqazla Yaxın Şərqin kəsişməsində yerləşən bir ölkə kimi təqdim edir.

Hacıyev qeyd edir ki, ölkənin geosiyasi kimliyi “çoxqatlı” xarakter alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO