QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

Hazırda oxunan: QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

583409

Hər il dekabrın 1-də dünyada Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Günü qeyd edilir.

Bizim.Media xəbər verir ki, 1988-ci ildən bəri qeyd edilən bu günün əsas məqsədi dünya ölkələrini bu qlobal problemin qarşısını almaq üçün birgə mübarizəyə və həmrəyliyə çağırmaqdır.

Azərbaycanda da bu problem daimi nəzarət altında saxlanılır. Ölkəmizdə Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən İİV (insan immunçatışmazlığı virusu) epidemiyasına qarşı tədbirlərin təşkili və icrası təmin edilir. Mərkəz həm sərbəst şəkildə fəaliyyət göstərir, həm də metodiki rəhbərlik edərək, xəstəliyin yayılma dərəcəsinə uyğun tədbirlərin tənzimlənməsi və icrası üzərində ciddi nəzarət aparır.

Bu günün qeyd olunması həm xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq, həm də ictimaiyyəti məlumatlandırmaq baxımından böyük əhəmiyyət daşıyır.

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası bu gün qırmızı rəngdə işıqlandırılıb.

PhotoStock.az tərəfindən lentə alınan fotoları təqdim edirik:







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO