2 türk dövlətində qadağan edildi: "Azərbaycanda tətbiq olunsa qiymət artacaq"

2 türk dövlətində qadağan edildi: "Azərbaycanda tətbiq olunsa qiymət artacaq"

Hazırda oxunan: 2 türk dövlətində qadağan edildi: "Azərbaycanda tətbiq olunsa qiymət artacaq"

583402

Türkiyənin restoran biznesində mühüm yenilik var. Məlumata görə, Türkiyə hökuməti restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır.

Qeyd edək ki, Qırğızıstanda da artıq kafe və restoranlarda xidmət haqqı ayrıca yazılmayacaq. Nazirlər Kabinetinin yeni qərarına görə, bütün xərclər menyuda və ya qiymət siyahısında göstərilən qiymətə daxil edilməlidir.

Bəs, Azərbaycanda da bu addım mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, bu məsələyə dövlətin müdaxiləsi düzgün olmayan bir addımdır:

"İqtisadiyyatın nəbzinə sərt müdaxilə deməkdir. Çünki sahibkar xidmət haqqı tətbiq etmədiyi halda nə edəcək? O, həmin xidmət haqqını birbaşa məhsulların qiymətinə əlavə edəcəkdir.

Yəni restoranda oturub sudan çörəyə, digər qida məhsullarına qədər, hansı ki, beş-altı adda, üç adda və ya on adda məhsuldan istifadə edirik, həmin xidmət haqqı məhsulların üzərinə paylanacaq. Dəyişən heç nə olmayacaq. Bunu başa düşmək vacibdir. Bu, bazar rəqabətidir və buna müdaxilə etmək arzuolunan və doğru deyil. Müdaxilə ediləcək, tənzimlənməli çox şey var". 

İqtisadçı Xalid Kərimli də qeyd edib ki, servis haqqı götürüləcək deyə qiymətlər artırılacaq:

"Yəni Azərbaycanda hər hansı bir dəyişiklik gözlənilmir. Çünki restoran qiymətlərinin və şərtlərinin müəyyənləşdirilməsi restorana aiddir. Restoran sadəcə bunu əvvəlcədən müştəriyə elan etməli, menyuda açıq şəkildə göstərməlidir ki, müştəri rahat görə bilsin.

Müştəri razıdırsa, proses başlayır; razı deyilsə, həmin restorandan istifadə etməmək hüququ var. Bizdə dəyişiklərin hər hansı birinin olacağı gözlənilmir. Ölkəmizin qanunvericiliyi kifayət qədər proqressivdir: həm müştərinin aldadılmasının qarşısını alır, həm də restoran sektorunun normal fəaliyyəti üçün imkan yaradır.

Əvvəllər servis haqqı yox idi, o zaman qiymətin üstünə əlavə edilirdi.

Müştəri narahatdırsa, həmin restorana getməmək ən böyük sanksiyadır. Əsas nüans odur ki, müştəri əvvəlcədən servis haqqının olduğunu görsün və öz seçimini edə bilsin: ya restoranda oturub servis haqqını ödəsin, ya da evdə öz şəraitində qidalansın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO