Qış xəstəliklərinə qarşı müdafiə

Qış xəstəliklərinə qarşı müdafiə

Hazırda oxunan: Qış xəstəliklərinə qarşı müdafiə

583393

Qışda immuniteti gücləndirən C vitamini bədən tərəfindən istehsal olunmadığı üçün gündəlik qidalarla qəbul edilməlidir.

Bizim.Media xəbər verir ki, kardioloq Dr. Demet Erciyesin sözlərinə görə, C vitamini çatışmazlığı yorğunluq, zəiflik, yaraların gec sağalması və diş əti qanamaları kimi əlamətlərə səbəb ola bilər.

Gündəlik tələbat:

Kişilər: 90 mq

Qadınlar: 75 mq

Siqaret çəkənlər: +35 mq

Hamilə və əmizdirənlər: 85-120 mq

Ən yaxşı təbii mənbələr:

Portağal (70-80 mq), qırmızı bibər (100-150 mq), kivi (60-80 mq), cəfəri (100 qramda 190 mq), brokoli (40-80 mq).

Qidalanma çatışmazlığı, Kron xəstəliyi, əməliyyatlar, siqaret çəkənlər və sinqa simptomları olanlar həkim nəzarəti altında əlavə qəbul edə bilər.

Diabet xəstələri üçün:

Yüksək doza bəzi qlükometrlərdə yanlış nəticələr verə bilər - istifadə həkimlə məsləhətləşməlidir.

Gündə 2 qramdan çox qəbul ishal və böyrək daşı riskini artırır. (Milli.az)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO