Moskva prospektinin “Şamaxinka” adlanan hissəsində Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəqliyyatın hərəkətinin təşkilində bir sıra dəyişikliklər nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu çərçivədə əraziyə yeni işıqforun quraşdırılması planlaşdırılır.
Lakin “Şamaxinka”nın ən ciddi problemlərindən biri hazırkı yerüstü piyada keçididir.
Sakinlərin sözlərinə görə, keçid quraşdırılmadan əvvəl onlar eyni səviyyəli keçid vasitəsilə yolu qarşı tərəfə daha rahat keçə bilirdilər.
Yeni piyada keçidi istifadəyə verildikdən sonra isə yolun keçilməsi həm çətinləşib, həm də təhlükəli vəziyyətlər yaranıb.
Sakinlər bildirirlər ki, yerüstü keçidin pilləkənləri çox narahatdır, mərmər örtüyü isə sınıq olduğundan ayaq qoyarkən qopub düşür. Həmçinin güclü küləkli havalarda keçiddən istifadə etmək xüsusilə çətin olur.
“Bütün əhali bu yoldan istifadə edir. Pilləkənlər çox narahat, mərmərlər sınıqdır. Ayaq basanda dağılır. Keçən dəfə külək az qala bir ananın əlindən uşağı yerə salacaqdı”, – sakinlərdən biri narazılığını ifadə edib.
Daha ətraflı BakuTV-nin videomaterialında:
Bizim.Media



























































































