ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı - MƏBLƏĞ

ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı - MƏBLƏĞ

Hazırda oxunan: ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı - MƏBLƏĞ

583361

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olub:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN
 

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib.


Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO