Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə yeni rəis təyin olunub
Bu gün Qusar Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin yeni rəisi, polkovnik-leytenant Fuad Hüseynovun təqdimatı keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov polkovnik-leytenant Fuad Hüseynovu kollektivə təqdim edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Fuad Hüseynov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.
Təqdimat mərasimində şöbənin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, görüləcək işlər və prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.



























































































