Son illər dünyada olduğu kimi, Azərbaycanda da elektron siqaretlərin istifadəsi sürətlə yayılmağa başlayıb. Xüsusilə gənclər və yeniyetmələr arasında bu məhsullara marağın artması ciddi narahatlıq doğurur. Elektron siqaretlərin ənənəvi tütün siqaretlərə “zərərsiz alternativ” kimi təqdim olunmasına baxmayaraq, araşdırmalar göstərir ki, bu siqaret növləri əksinə nikotin asılılığını gücləndirir, ağciyər və ürək-damar sağlamlığına daha ciddi təhlükə yaradır.
Mütəxəssislər vurğulayır ki, elektron cihazın içində mayelərin qızması və buxarlanması zamanı kanserogen və toksik maddələr, məsələn, karbonil birləşmələr əmələ gələ bilər.
Bundan əlavə, bazarda tərkibi bəlli olmayan, yaxud keyfiyyətsiz nikotin məhsullarının dövriyyədə olması problemi daha da dərinləşdirir.
Bir sıra ölkələr – Hindistan, Sinqapur, Argentina, Meksika, Nikaraqua, Panama, Surinam, Uruqvay və Venesuela belə siqaretlərin satışını tamamilə qadağan edib. Bu günlərdə qadağan edən ölkələr sırasına Özbəkistan da qoşuldu. Daha 13 ölkədə isə qismən və ya tənzimləyici tədbirlər görülür.
Azərbaycanda da elektron siqaretlərin qadağan olunması məsələsi gündəmə gəlib və ictimai müzakirəyə çıxarılıb. Bəs belə təhlükəli vasitə niyə hələ də qadağan olunmayıb?
Millət vəkili Tahir Mirkişili hələ ötən il Milli Məclisin iclasında elektron siqaretlərin qadağan olunması təklifi ilə çıxış etmişdi ki, gənclər arasında geniş yayılan, dəb halını almış gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq elektron siqaretlər əksər ölkələrdə olduğu kimi Azərbaycanda da qadağan olunmalıdır. Amma təkliflə bağlı yekun nəticə əldə olunmayıb.
Deputat Bizim.Media-ya bildirdi ki, güman ki, qadağanın mümkün sosial və iqtisadi nəticələri araşdırılır. Digər tərəfdən sağlamlıq riski ilə azad bazar arqumentləri arasında balans tətbiq olunmalıdır:
“Əsas odur ki, məsələ gündəmdədir və müvafiq dövlət orqanları bu məsələ ilə məşğul olurlar, araşdırma aparır, təhlil edirlər. Milli Məclisə qanunvericlik aktı daxil olduqda mən layihəni dəstəkləyəcəm”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 02.12.2025
Azərbaycanda elektron siqaretlər QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Azərbaycanda elektron siqaretlər QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Azərbaycanda elektron siqaretlər QADAĞAN OLUNACAQ?
583335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































