İş müsahibəsində bunu edənlər cərimələnir

İş müsahibəsində bunu edənlər cərimələnir

Hazırda oxunan: İş müsahibəsində bunu edənlər cərimələnir

583334

Müasir dövrdə işə qəbul proseslərində şəffaflıq və düzgün qiymətləndirmə əsas tələblərdən biridir. Buna görə də bəzi namizədlər müsahibə zamanı özlərini sığortalamaq, yaranacaq anlaşılmazlıqların qarşısını almaq məqsədilə səs yazısı aparmağı düşünə bilirlər. Bəs vətəndaş iş müsahibəsi zamanı qarşı tərəfə bildirmədən səs yazısını açıq qoya bilərmi?

Bizim.Media xəbər verir ki, hüquqşünas Şamil Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq və şəxsi həyatın gizliliyinin qorunması hüququ var.
 

Onun sözlərinə görə, qanunla müəyyən edilən hallar istisna olmaqla, şəxsin xəbəri və razılığı olmadan onun izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu kimi müdaxilələrə yol verilmir.


Ş. Paşayev qeyd edib ki, Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması, saxlanılması və ya yayılmasını cinayət məsuliyyəti kimi nəzərdə tutur.

Belə hallara görə 1000–2000 manat cərimə, 240–480 saat ictimai işlər və ya bir ilədək islah işləri tətbiq edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO