20 ildir əlilliyi olan Goranboy sakininin müavinəti KƏSİLDİ - İmtinanın səbəbi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

20 ildir əlilliyi olan Goranboy sakininin müavinəti KƏSİLDİ - İmtinanın səbəbi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: 20 ildir əlilliyi olan Goranboy sakininin müavinəti KƏSİLDİ - İmtinanın səbəbi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

583329

20 il əlillik müavinəti alan şəxsə müavinətin verilməsi dayandırılıb. Bu barədə Bizim.Media-ya Goranboy rayon Tatarlı kənd sakini Əliş Məmmədov müraciət edib. Vətəndaşın sözlərinə görə, o, 2001-ci ildən 2-ci qrup əlildir:

“Kəllə-beyin travması almışam və bunun orqanizmdə yaratdığı fəsadlara görə əlillik təyin olunub. 2021-ci ildə isə əlillik pensiyasını kəsdilər və yenidən əlillik təyin etmədilər. Halbuki 20 ildən sonra əlillik ömürlük təyin olunmalı idi”.

Əliş Məmmədov imtina barədə ona dəqiq səbəb göstərilmədiyini bildirib:

“Hara müraciət etmişəmsə, bir qurum digərinin üstünə göndərib. Konkret hansı sənədin lazım olduğunu demirlər, natamam doldurma bəhanəsi ilə başlarından edirlər. Dəfələrlə Goranboy rayon Mərkəzi Xəstəxanasına getmişəm, lakin əlilliyim bərpa olunmadı. Bundan sonra bağırsaq yarası xəstəliyim var, buna dair sənədlər topladım, təqdim etdim, əlillik təyin olunmadı.
 

Baş ağrıları, kəllə-beyin travmasının yaratdığı xəstəliklər, yüksək təzyiq, üstəlik bağırsaq yarası xəstəliyi davam edir. Nə vaxt rayon xəstəxanasına müraciət edirəm, deyirlər ki, xəstəxanada yatmalısan, lakin müalicə üçün dərmanları öz hesabına almalısan. Heç bir yerdə işləmirəm, maddi vəziyyətim pisdir, bağırsaq xəstəliyi üçün olan dərmanlar bahadır. Heç bir dəstəyim yoxdur, nə də əlillik pensiyamı bərpa edirlərlər ki, ailəmi saxlayım, həm də dərmanlarımı ala bilim”.


Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı vətəndaş bir il ərzində müraciət etməlidir:

“Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Əliş Namiq oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Əliş Məmmədovla bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.
























Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO