Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sürət həddini aşan "BMW" qəza törədib.
Rayonun Turaclı kənd sakini 1987-ci il təvəllüdlü Anar Ələkbərov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu




























































































