Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?

Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?

Hazırda oxunan: Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?

583319

Noyabrın 15-də Bakıda mənzillərə istilik verilməsinə başlanılıb, mərkəzi istilik sistemi ilə qızdırılan yaşayış binalarının istiliklə təmin olunduğu bildirilib. Lakin Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu təminatın ömrü bir gün çəkib.

Bizim.Media-ya müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə, Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən bəzi binalara istilik cəmi bir gün verilib. Noyabrın 16-dan isə istiliyin verilməsi səbəb göstərilmədən dayandırılıb.

Elman Qasımov küçəsi, bina 20 “B” ünvanında yaşayan sakinlərin dediyinə görə problem onlardan qaynaqlanmır.

Məsələ ilə bağlı “Azəristilik” ASC-yə sorğu ünvanladıq. Əraziyə gedən qurum əməkdaşları problemlə tanış olsalar da, onu həll edə bilməyiblər. Artıq yarım aydır istiliksiz qalan sakinlər kimdən kömək istəyəcəklərini bilmirlər və çarəsiz durumdadırlar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO