Xurmanın faydaları açıqlanıb

Xurmanın faydaları açıqlanıb

Hazırda oxunan: Xurmanın faydaları açıqlanıb

583234

Qış mövsümünün ən çox istehlak olunan meyvələrindən biri olan xurmanın sağlamlığa bir sıra faydası var. Mütəxəssislərin sözlərinə görə, bu meyvə yüksək qida dəyəri ilə həm immuniteti gücləndirir, həm də orqanizmin enerji ehtiyacını qarşılayır.

Bizim.Media xəbər verir ki, xurma tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli maddələrdən qoruyur, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və xolesterinin normallaşmasına kömək edir.

Həmçinin liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.
 

Meyvənin tərkibindəki A və C vitaminləri dərinin sağlam qalmasına, görmə qabiliyyətinin qorunmasına və infeksiyalara qarşı müqavimətin artmasına şərait yaradır. Kaliumla zəngin olması isə qan təzyiqinin stabilləşməsinə müsbət təsir göstərir.


Mütəxəssislər bildirirlər ki, xurmanı həddindən artıq deyil, gündəlik ölçülü şəkildə qəbul etmək daha faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO