Müştəri kafe sahibini döydü – HƏBS EDİLDİ

Müştəri kafe sahibini döydü – HƏBS EDİLDİ

Hazırda oxunan: Müştəri kafe sahibini döydü – HƏBS EDİLDİ

583205

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Taleh Şahabovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

İttiham aktına əsasən, Taleh Şahabov 2025-ci il tarixdə, saat 18:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazidə yerləşən kafedə sərxoş vəziyyətdə olarkən xuliqanlıq hərəkətləri edib.
 

Belə ki, təqsirləndirilən şəxs kafedə ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi kobud surətdə pozub, bununla əlaqədar həmin obyekti işlədən zərərçəkmiş Nazil Bəkirov (soyadı şərtidir) tərəfindən kafedən çıxarılıb. Lakin Taleh bir neçə dəqiqə sonra yenidən kafeyə daxil olmağa cəhd edib. Zərərçəkmiş şəxs isə onu içəri buraxmayıb. Bu zaman Taleh nalayiq ifadələr işlədərək ona qarşı zor tətbiq edib.


Sonra təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan yumruqla Nazilin sifət nahiyəsinə bir dəfə zərbə endirərək ona yüngül bədən xəsarətləri yetirib.

Hadisədən sonra Taleh Şahabov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO