Gecəni yuxusuz keçirdikdən sonra hətta bir fincan tünd qəhvə də bəzən kömək etmir. Başda dumanlanma, zəiflik, əsəbilik və solğun dəri – bunlar tipik səhər əlamətləridir. Amma orqanizmin daha tez bərpa olunmasına kömək edən bir yol var.
Bizim.Media xəbər verir ki, rasiona bir neçə əlçatan məhsul əlavə etməklə enerjini qaytarmaq, beyni aktivləşdirmək və xarici görünüşü yaxşılaşdırmaq mümkündür – özü də əlavə kofein dozası olmadan.
Həmin qidaları təqdim edirik:
1. Yumurta
Zülalla və enerjini dəstəkləyən amin turşuları ilə zəngindir, həmçinin diqqəti yaxşılaşdırır. Yumurta beynin düzgün işləməsi üçün vacib olan xolin maddəsini də özündə saxlayır. Ən yaxşısı suda bişmiş yumurta və ya buğda hazırlanmış omletdir.
Dietoloqlardan məsləhət: Yumurtaya bir az göyərti və ya avokado əlavə edin – təsiri gücləndirir və qandakı şəkər səviyyəsini stabilləşdirir.
2. Avokado
Avokado faydalı yağlar və kalium mənbəyidir. O, ürək və beynin işini dəstəkləyir, həmçinin yuxusuz gecədən sonra artan stress hormonu olan kortizolun səviyyəsini tənzimləməyə kömək edir. Bir dilim tost üzərində avokado və ya salatlara yarım avokado əlavə etmək günə gümrah başlamaq üçün əla seçimdir.
Mütəxəssislərin tövsiyəsi: Avokadonun təsiri daha güclü olsun deyə onu zülal mənbəyi ilə, məsələn, yumurta və ya yoqurtla birlikdə yeyin.
3. Giləmeyvələr
Yaban mersini, moruq, qarağat və digər tünd rəngli giləmeyvələr antioksidantlarla və B qrup vitaminləri ilə zəngindir. Bu maddələr sinir sisteminin bərpasına və qan dövranının yaxşılaşmasına kömək edir. Nəticədə “başdakı duman” azalır, düşüncə daha aydın olur.
Fakt: Giləmeyvələrdəki antioksidantlar stress və yuxusuzluğun yaratdığı iltihabı azaldır.
4. Qoz-fındıq
Bir ovuc badam, qoz və ya keşyu yorğunluq hiss etdiyiniz anda ideal qəlyanaltıdır. Onlar narahatlığı azaldan maqnezium və beyin üçün vacib olan Omega-3 yağ turşuları ilə zəngindir.
Nutrisioloqların məsləhəti: Duzsuz qoz-fındıq seçin, artıq duz bədəndə suyu saxlayır və ödemi artırır.
5. Yaşıl çay
Əgər kofein yüklənməsi olmadan canlanmaq istəyirsinizsə, yaşıl çay mükəmməl seçimdir. Tərkibində L-teanin var, bu amin turşusu isə sakitləşdirir, lakin yuxu gətirmir və diqqəti artırır.
Tövsiyə: Çayı şəkərsiz və gecə yuxusunu pozmamaq üçün mümkün qədər günortaya qədər için.
Niyə yuxusuz gecədən sonra qidalanmaya diqqət etmək bu qədər vacibdir?
Nutrisioloqların sözlərinə görə, yuxusuzluq kortizolun artmasına səbəb olur. Bu hormon həm kollageni dağıdır, həm də orqanizmdə iltihabi prosesləri gücləndirir. Nəticəsi isə dəridə dərhal görünür: ödem, solğun rəng, daha nəzərə çarpan qırışlar.
Düzgün qidalanma - yuxusuz gecənin təsirlərini qismən kompensasiya etməyin və bədəni sürətlə “iş rejiminə qaytarmağın” ən tez yoludur. Ertəsi gün düzgün qidaları rasiona əlavə etməklə həm ziyanı minimuma endirə, həm də özünüzü daha enerjili və yaxşı hiss edə bilərsiniz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:03 / 28.11.2025
Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA
Hazırda oxunan: Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA
Hazırda oxunan: Səhərlər qəhvədən daha yaxşı enerji verən 5 QİDA
582928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































