3-cü mikrorayonda yerləşən “Kəndli” bazarında nöqsanlar AŞKARLANDI - FOTO

3-cü mikrorayonda yerləşən “Kəndli” bazarında nöqsanlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: 3-cü mikrorayonda yerləşən “Kəndli” bazarında nöqsanlar AŞKARLANDI - FOTO

582914

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 ünvanında “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında apardıqları monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Agentliyin İnformsiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyənləşib.

Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib.

“Kəndli” bazarına məxsus ərazidə daşınma sənədləri olmadan çoxlu diri toyuğun satışı aşkarlanıb. Həmçinin bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə olunub.

Sahibkara icrası məcburi göstərişlər verilib.

Faktla bağlı araşdırmalar davam edir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO