Azərbaycanda koronavirusa bənzəyən xəstəlik YAYILIR – Bu şəxslər risk altındadır

Azərbaycanda koronavirusa bənzəyən xəstəlik YAYILIR – Bu şəxslər risk altındadır

Hazırda oxunan: Azərbaycanda koronavirusa bənzəyən xəstəlik YAYILIR – Bu şəxslər risk altındadır

582867

Son bir neçə ayda Azərbaycanda insanlar arasında güclü öskürək, yüksək hərarət, boğaz ağrısı, baş ağrısı, əzələ ağrıları və ümumi halsızlıqla müşahidə olunan xəstəlik geniş yayılıb. Bir çox xəstələr boğaz ağrısının bir həftədən artıq davam etdiyini, öskürək tutmalarının isə həftələrlə keçmədiyini bildirirlər. Bəzi hallarda xəstəlik ağciyərlərdə ağırlaşmalara – o cümlədən sətəlcəmə səbəb ola bilir. Simptomların ağırlığı bəzi şəxslərdə xəstəliyin koronavirus ola biləcəyi ehtimalını da gündəmə gətirib.

Səbəb – QRVİ və ya digər viruslar ola bilər

Bizim.Media xəbər veri ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, infeksionist həkim Təyyar Eyvazov haqqin.az-a açıqlamasında bildirib ki, tutmaşəkilli, ağır və nəfəsdarlıqlı öskürək orta və ağır gedişatlı kəskin respirator virus infeksiyalarında müşahidə olunur. 
 

Onun sözlərinə görə, bu cür öskürək adətən yuxarı tənəffüs yollarının – yəni qırtlaq və traxeyanın zədələnməsi ilə bağlı olur. Daha çox paraqrip, qrip və adenovirus infeksiyalarında rast gəlinir.


Həkim əlavə edib ki, azyaşlılarda respirator-sinsitial virus (RS-virus) bronxiolitə – kiçik bronxların iltihabına səbəb ola bilər. Bu zaman tutmaşəkilli öskürək və tənəffüs çətinliyi daha çox müşahidə olunur.

Payız-qış mövsümündə artım qeydə alınır

Təyyar Eyvazov qeyd edib ki, payız-qış mövsümündə xroniki virus infeksiyalarının sayı adətən artır və bu il də istisna olmayıb. Xəstəliyin ağırlaşmaları isə daha çox risk qrupundakı şəxslərdə - azyaşlı uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, immun çatışmazlığı olan şəxslər və ciddi xroniki xəstəliklərdən əziyyət çəkənlərdə qeydə alınır.

Necə qorunmalı? – həkimdən tövsiyələr

İnfeksionist xəstəliyin qarşısını almaq üçün aşağıdakı profilaktik tədbirləri tövsiyə edib:


- Əlləri tez-tez və ən azı 20 saniyə ərzində sabunla yumaq;

- Respirator gigiyenaya riayət etmək – öskürək və asqırma zamanı ağız və burnu əl ilə yox, birdəfəlik salfet və ya dirsəklə örtmək;

- Xəstə insanlarla yaxın təmasdan qaçmaq;

- Tez-tez istifadə olunan səth və əşyaları dezinfeksiya etmək;

- QRVİ epidemiyası dövründə insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq.
 

Həkim həmçinin xəstələnən şəxslərin müalicə müddətində izolasiya olunmasını vacib hesab etdiyini vurğulayıb.


Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında tədbir görülmədikdə xəstəlik ağırlaşa və sətəlcəm riski yarana bilər. Buna görə şübhəli simptomlar olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO