Məktəblilərarası Milli Hakatonun finalı başladı - 300 şagird 30 qalib yeri uğrunda YARIŞIR - FOTO

Məktəblilərarası Milli Hakatonun finalı başladı - 300 şagird 30 qalib yeri uğrunda YARIŞIR - FOTO

Hazırda oxunan: Məktəblilərarası Milli Hakatonun finalı başladı - 300 şagird 30 qalib yeri uğrunda YARIŞIR - FOTO

582842

Məktəblilərarası Milli Hakaton final mərhələsinin ilk günü başlayıb. 

Bizim.Media xəbər verir ki,  300 məktəbli final mərhələsinə vəsiqə qazanıb. 

Onların bir qrupu 9-cu, bir qrupu isə 10-11-ci siniflərdir. 

Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edirlər.Yarışın yekununda 30 qalib müəyyən olunacaq.
 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi,  “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 ölkə üzrə minlərlə məktəblini innovasiya və texnologiya ətrafında bir araya gətirib.


Müsabiqənin final mərhələsi 28–30 noyabr tarixlərində davam edəcək.  Qaliblərin mükafatlandırılması isə 1 dekabrda keçiriləcək.
























Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO