Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Hazırda oxunan: Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

582822

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov hissə komandiri, kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından 15 noyabr 2025-ci il tarixdə özünü öldürüb.

Bizim.Media xəbər verir ki, faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub, o, əvvəlcə tutulub saxlanılıb, sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.

Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevi azadlığa buraxıb.
 

Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurub, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.


Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO