Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Hazırda oxunan: Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

582815

“Şəmkir rayon Mərkəzi Xəstəxanası və ona daxil olan tibb müəssisələrində 73 həkim vakant yeri var”.

Bizim.Media xəbər verir ki, bunu Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediaturda deyib. O bildirib ki, son illərdə işə 12 həkim cəlb edilib.

Direktorun sözlərinə görə, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur:

"Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. Xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO