“Uşaqlar atalarını və evə nə vaxt qayıdacağımızı soruşurlar...” - Foto

“Uşaqlar atalarını və evə nə vaxt qayıdacağımızı soruşurlar...” - Foto

Hazırda oxunan: “Uşaqlar atalarını və evə nə vaxt qayıdacağımızı soruşurlar...” - Foto

582807

“Noyabrın 21-i ailəmizlə keçirdiyimiz növbəti gözəl axşam olmalı idi. Bunun əvəzinə, ailəmizdə faciə baş verdi”.

Bizim.Media xəbər verir ki, bunu Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova feysbuk hesabında yazıb. 

Kiçik övladının həkimlərin səyi nəticəsində xilas edildiyini vurğulayan M.Ramazanova hələ də xəstəxanada müalicə aldıqlarını, 4 yaşlı övladının oksigen aparatına qoşulu olduğunu bildirib. 

Ana qeyd edib ki, hadisədən artıq 6 gün keçməsinə baxmayaraq, hələ də ciyərlərindən qara his gəlir: 
 

“4 yaşlı uşağın ağciyərlərində nəyin baş verdiyini təsəvvür etmək isə daha qorxuludur. Qoxu saçlarımdan getmir, hər saniyə mənə o dəhşətli axşamı xatırladır. Lakin baş verə biləcək ən dəhşətli şey budur: ideal ata, sevən ər, gözəl dost, məsuliyyətli işçi və nəhayət, ölkəsinin dürüst vətəndaşı həlak oldu. O, artıq yoxdur. Bütün həyatımız bir gecədə dəyişdi. Dəyişən tək bizim həyatımız olmadı. Uşaqlarımın dostu, balaca Arzu da artıq yoxdur.


Biz, binanın sakinləri “bomj” kimi yaşayırıq. Əşyalarımızı paketlərə və çamadanlara yığırıq. Harada bacarsaq, orada sığınacaq tapırıq. Yaşamağa yerimiz yoxdur. Yeni il bayramını da harada və necə keçirəcəyimiz bəlli deyil. Uşaqlar nə baş verdiyini anlamır. Atalarının harada olduğunu və evə nə vaxt qayıdacağımızı soruşurlar. Onlara nə cavab verəcəyimi bilmirəm. Lakin sonra başa salmalı olacağam ki, səbəb atalarının ədalətə nail olmağa çalışmasındadır. Amma onu dinləmədilər. Ümid edirəm ki, o, sonuncu dəfə eşidiləcək. Təqsirkarlar qanunauyğun şəkildə sərt cəzalandırılmalıdır!”

M.Ramazanova xəstəxanada çəkdiyi fotoları da paylaşımına əlavə edib. 

Xatırladaq ki, 21 noyabr Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO