Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Hazırda oxunan: Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

582738

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tibb müəssisəsinə bir sıra yeni və müasir avadanlıqlar təhvil verilib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu addım “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. 
 

Təhvil verilən avadanlıqlar arasında yüksək dəqiqlikli görüntüləmə imkanı yaradan tam rəqəmsal ultrasəs müayinəsi (USM) cihazı, ürək fəaliyyətini dəqiq izləməyə imkan verən elektrokardioqraf (EKQ), həyati vacib funksiyaların dəstəklənməsində mühüm rol oynayan süni tənəffüs aparatı (İVL), təcili vəziyyətlərdə istifadə edilən defibrilyator və çoxfunksiyalı defibrilyator, həmçinin xəstənin vəziyyətini davamlı izləməyə imkan verən 10 ədəd xəstəbaşı monitoru, İBP funksiyalı monitor və İBP+CO₂ funksiyalı monitorlar yer alır.


Avadanlıqların texniki göstəriciləri müasir tibb standartlarına uyğun olmaqla, diaqnostika və intensiv terapiya xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edir.

Bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək xəstəxanaya verilən avadanlıqların bölgə əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağını qeyd ediblər.
 

Həmçinin nazir Samiq Sadıxov çıxışında  Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verib, səhiyyə sisteminin modernləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və tibb müəssisələrinin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Tədbirin sonunda rayon sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO