Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Hazırda oxunan: Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

582582

Həkim Aleksandr Myasnikov və baş aşpaz Qleb Astafyev geniş yayılmış, lakin səhv sayılan bir mətbəx vərdişinə — ətin bişirmədən əvvəl yuyulmasına — qarşı xəbərdarlıq ediblər. Onların fikrincə, bu vərdiş sağlamlığa zərər verə, əlavə yoluxma riskləri yarada bilər.

Bizim.Media xəbər verir ki, aşpaz Astafyev bildirib ki, yüksək temperaturda bişirmə ət üzərindəki bütün potensial təhlükəli mikroorqanizmləri məhv edir.
 

"Onsuz da 200–250°C-də bişəcək. Orada heç nə sağ qalmır. Əti yuyanda isə bakteriyaları su ilə mətbəxin hər yerinə – əl-üz çanağına, masaüstünə və qab-qacağa yayırsınız", – deyə o qeyd edib. Bu, çarpaz çirklənmə riskini ciddi şəkildə artırır.


Dr. Myasnikov aşpazın fikirlərini tam dəstəkləyərək insanları ət yumaq vərdişindən imtina etməyə çağırıb.

Astafyev əlavə edib ki, əti yumağa ehtiyac duyulması çox vaxt onun keyfiyyətinin aşağı olmasına işarə edir. "Əgər əti yumaq məcburiyyətində qalırsınızsa, deməli, o, keyfiyyətsizdir. Belə məhsulu bişirməkdənsə, atmaq daha yaxşıdır", – deyə mütəxəssis bildirib. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO