Lənkəranda ağır qəza: 2 qardaş xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: 2 qardaş xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: 2 qardaş xəsarət aldı - FOTO

582251

Lənkəranda idarəetməni itirən sürücü qəza törədib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş verib. 

Lənkəran şəhər sakini, 29 yaşlı Zahid Abbaszadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi əvvəlcə qaz borusuna, daha sonra isə yol kənarında hərəkətsiz dayanan Bakı şəhər sakini Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Mercedes-Benz”ə ciddi ziyan dəyib.

Qəza nəticəsində sürücü və onun sərnişin qismində olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Hər iki yaralı Təcili Tibbi Yardım avtomobili vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO