“Övladımın əşyalarını verdilər, qan içindədir” - Video

“Övladımın əşyalarını verdilər, qan içindədir” - Video

Hazırda oxunan: “Övladımın əşyalarını verdilər, qan içindədir” - Video

582225

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.

Bizim.Media xəbər verir ki, partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.

Hadisədə obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də xəsarət alıb.

“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.

“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərdən birinin anası qeyd edib.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO