"Azərbaycanda son iki ildə xarici dil müəllimlərinin 40%-nin maaşı 35% artırılıb".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bp və tərəfdaşlarının ingilis dili üzrə "Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi" layihəsinin təqdimatında bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ümumilikdə 10 400 xarici dil müəllimi sertifikatlaşdırılıb:
"Bu müəllimlərin 86%-i imtahanlardan yüksək nəticə ilə keçib. Təxminən 40% müəllimin maaşı 35% artırılıb. Bundan əlavə, 45% müəllimin əməkhaqqına 10% əlavə edilib".
K.Kərimzadə əlavə edib ki, hazırda Azərbaycanda 22 mindən çox tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır:
"Bu il ingilis dilli ixtisaslara qəbulun 10 minə çatması onu göstərir ki, növbəti dörd ildə tələbələrin 15-20%-i ingilis dilli proqramların məzunu olacaq". (Mənbə: report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:29 / 24.11.2025
Azərbaycanda bu müəllimlərin maaşı 35 faiz ARTIRILIB
Hazırda oxunan: Azərbaycanda bu müəllimlərin maaşı 35 faiz ARTIRILIB
Hazırda oxunan: Azərbaycanda bu müəllimlərin maaşı 35 faiz ARTIRILIB
582124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































