Oteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO

Oteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO

Hazırda oxunan: Oteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO

582067

Binəqədidəki “Lake Hotel”də 3 gün öncə baş verən bədbəxt hadisə zamanı həlak olanlardan Eltac Əliyev Gəncə Dövlət Universitetinin tələbəsi olub.

Bizim.Media "Gəncəxəbər"ə istinadən xəbər verir ki, o, GDU-nun Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.

Tərtər rayonunun Köçərli kənd sakini olan Eltac Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş.
 

Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.


Qeyd edək ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşı – 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov otelin həyətinə dəmir konstruksiyalı pilləkəni apararkən onları cərəyan vurub.

Faktla bağlı cinayət işi açılıb, otelin icarədarı həbs olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO