Noyabrda YAZ HAVASI – Anomal hava hansı xəstəliklərin XƏBƏRÇİSİDİR?

Noyabrda YAZ HAVASI – Anomal hava hansı xəstəliklərin XƏBƏRÇİSİDİR?

Hazırda oxunan: Noyabrda YAZ HAVASI – Anomal hava hansı xəstəliklərin XƏBƏRÇİSİDİR?

581870

Hazırda payız mövsümü olsa da, Azərbaycanda, xüsusilə, paytaxtda mülayim hava şəraiti müşahidə olunur. İnsanların çoxu buna görə sevinsə də, məsələnin ekoloji tərəfləri də var.

Çünki bildiyimiz kimi, normal payız havası yağışlı, buludlu olur. Ancaq sanki yaz fəslindəyik. 

Əlbəttə, belə temperaturun zərərləri də var. Çünki təbiətə günəş lazım olduğu qədər yağış da, soyuq da lazımdır. 

Bizim.Media mövzuyla əlaqədar ekoloq Fikrət Cəfərovun fikirlərini öyrənib.

O da bildirib ki, hazırda belə hava normal deyil və təbiətin bütün üzvlərinə təsir edir. 

“İlk olaraq, bitkilər yağış, qar görməsə, inkişaf edə bilmirlər. Azərbaycanda 25-30% taxıl dənlidir, suvarma torpaqlar deyil. Həmin buğdaların, dənli bitkilərin heç inkişaf etməməsi təhlükəsi də var”. 

Ekoloq hazırki temperaturun floraya təsiriylə yanaşı, faunaya təsirindən də danışıb:

“Heyvanaların bir qismi qışda “qış yuxusu”na gedirlər, dincəlirlər. Ancaq belə hava olduqda onların metobilizmi qalxır. Buna görə də yazda oyandıqlarında zəif olacaqlar”.

Fikrət Cəfərov həmçinin qeyd edib ki, iqlimin belə dəyişkən olması insanlar arasında da xəstəlikləri artırır. 

“Noyabrda belə mülayim havanın olması normal deyil” .

Nəzrin Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO