Ətdən imtina edənlər niyə depressiyaya çox düşürlər? – Mütəxəssisdən maraqlı AÇIQLAMA

Ətdən imtina edənlər niyə depressiyaya çox düşürlər? – Mütəxəssisdən maraqlı AÇIQLAMA

Hazırda oxunan: Ətdən imtina edənlər niyə depressiyaya çox düşürlər? – Mütəxəssisdən maraqlı AÇIQLAMA

581814

Vegan pəhrizinə riayət edən insanlarda depressiya daha yüksək nisbətdə baş verir.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, bunu psixiatriya üzrə ixtisaslaşmış diyetoloq Mixail Ginzburq bildirib.
 

Mütəxəssis bu qənaət üçün iki mümkün izahat verir: birinci fərziyyəyə görə, müəyyən bir zehni quruluş eyni zamanda insanı həm depressiyaya, həm də müxtəlif davranış sapmalarına daha çox meylli edə bilər ki, həkim bunları radikal pəhriz nümunələri kimi təsnif edib.


O, öz fikrini belə insanların xüsusi qaydalar və rituallar yaratmağa meylli olması ilə əsaslandırıb. Bu, onları narahatlığa və depressiyaya daha çox meylli edir.

İkinci fərziyyəyə görə isə yemək doyma mənbəyindən rituala və ya öhdəliyə çevrildikdə, narahatlığın inkişafına səbəb ola bilər.
 

"Qidalanma insanı həyata bağlayan ipdir. Əgər insan bundan zövq aldığı üçün deyil, "məcbur olduğu üçün" yeyirsə, deməli, bu prosesin sonunda haradasa narahatlıq və depressiya yatır", - deyə ekspert vurğulayıb.


Qeyd edək ki, vegeterianlıq və veqanlıq rasında fərq var: vegeterianlıq heyvan məhsulundan (quş əti, balıq və dəniz məhsulları daxil olmaqla) imtina etsə də, süd məhsullarının istehlakına icazə verən bir pəhriz sistemidir.

Veqanizm isə daha sərtdir. Heyvandan alınan heç bir məhsula icazzə vermir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO