Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, yeni standartlara əsasən, artıq region kodu 2 yox 3 rəqəmli olacaq.
• ilk 3 rəqəm — region kodu,
• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, hazırda istifadədə olan dövlət qeydiyyat nişanları olduğu kimi qalacaq. Dəyişiklik bundan sonra veriləzək təzə nömrələrdə əksini tapacaq.

Bizim.Media


























































































