"Caspian International"ın vəzifəli şəxsləri həkim Aytən Səfərovanın pulunu oğurlayıb – DETALLAR

"Caspian International"ın vəzifəli şəxsləri həkim Aytən Səfərovanın pulunu oğurlayıb – DETALLAR

Hazırda oxunan: "Caspian International"ın vəzifəli şəxsləri həkim Aytən Səfərovanın pulunu oğurlayıb – DETALLAR

581487

"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda hospitalın vəzifəli şəxsləri həkimin pulunu OĞURLADILAR


Bizim.Media "Teleqraf.az"a istinadla xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əməkhaqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər.

Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.

Məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova "Caspian International" Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.


Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO