Krantdakı ərpi belə aradan qaldırın

Krantdakı ərpi belə aradan qaldırın

Hazırda oxunan: Krantdakı ərpi belə aradan qaldırın

581465

Ev işlərində ən çox rast gəlinən problemlərdən biri də krantlarda əmələ gələn ərp yığıntılarıdır

Ərp həm estetik baxımdan xoşagəlməz görünür, həm də suyun axışını zəiflədir.

Bizim.Media xəbər verir ki, güclü kimyəvi vasitələrə ehtiyac olmadan, yalnız təbii maddələrlə krantdakı ərpi effektiv şəkildə təmizləmək mümkündür. Düzgün qarışımlar və müntəzəm qulluq sayəsində krant ilk günkü parlaqlığını geri qazanır.

Ən təsirli üsullardan biri sirkə və soda qarışığıdır. Bu təbii reaksiyalı qarışım ərp qatını qısa zamanda yumşaldır.

Kiçik bir qaba ağ sirkə tökün, üzərinə 1 çay qaşığı soda əlavə edin, köpməyə başlayan qarışımı ərpli sahələrə çəkin, 15-20 dəqiqə gözlədikdən sonra yumşaq süngər ilə ovun, ilıq su ilə durulayın.

Bu üsul, xüsusilə başlıqlarda yığılan ərpi həll edir və suyun daha düzgün axmasını təmin edir.

Limonun təbii asidik gücü ilə parlaqlıq

Limonu ortadan kəsin və iç tərəfi ilə krantıı ovun, 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın, daha möhkəm ləkələr üçün limon suyunu bir qədər sirkə ilə qarışdırmaq olar.

Dar və əl çatmayan yerlərdə ərpi təmizləmək üçün kiçik hiylə:

Bir çay qaşığı sodanı kiçik qabda bir az su əlavə edərək məcun halına gətirin, köhnə diş fırçası ilə krantın kənarlarını, vintləri və oluk hissələrini fırçalayın, 5 dəqiqə gözləyin, sonra durulayın. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO