"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb.
Bizim.Media xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əməkhaqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər.
Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Teleqraf.az)
Bizim.Media
































































































