“Ermənilər və azərbaycanlılar arasında düşmənçilik tədricən azalacaq” - İşxan Verdyan

“Ermənilər və azərbaycanlılar arasında düşmənçilik tədricən azalacaq” - İşxan Verdyan

Hazırda oxunan: “Ermənilər və azərbaycanlılar arasında düşmənçilik tədricən azalacaq” - İşxan Verdyan

581179

Atəşkəsə baxmayaraq, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı inamsızlıq davam edir. Hər iki tərəf qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq və ictimai səviyyədə etimad yaratmaq üçün hansı addımları ata bilər?

Bizim Media xəbər verir ki, erməni ekspert və fəal İşxan Verdyan AZƏRTAC-a müsahibəsində bu mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, bu, bəlkə də bu gün ən vacib məsələlərdən biridir, baxmayaraq ki, göründüyü qədər mürəkkəb deyil:

“İnsanlar həqiqətən də yaxşı şeylərə tez öyrəşirlər və müsbət dəyişikliklər daha geniş yayılarsa, əminəm ki, düşmənçilik tədricən azalacaq. Həm simvolik, həm də praktiki, real qarşılıqlı əlaqəyə əsaslanan müsbət siqnallara ehtiyac var”.

Ekspertin fikrincə, bu məsələdə hər iki ölkənin hökumətləri əsas rol oynayır, çünki onlar ictimai əhvali-ruhiyyəni formalaşdırır və barışıq prosesinin necə qəbul ediləcəyini müəyyən edir:

“Bu səbəbdən də siyasi iradədən çox şey asılıdır”.

İşxan Verdyan qeyd edib ki, Ermənistanda vəziyyət ölkə daxilində istənilən sülh təşəbbüslərinə qarşı çıxan və onları pozmağa çalışan aktiv radikal qrupların olması ilə mürəkkəbləşir:

“Bu, ciddi daxili problemdir və münasibətlərin həqiqətən davamlı normallaşdırılmasına nail olmaq üçün Baş nazir Paşinyan daxili siyasi vəzifə kimi məhz onu həll etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO